“Azərbaycanda yoluxanların sayı sağalanların sayından çoxdur”.
Bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün altı nəfər sağalan var:
“Kiçik də olsa, yaxşı xəbərdir. Amma yoluxmanın dinamikası həndəsi silsilə ilə artır. Sağalmada bunu görmürük. Təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma tendensiyası artır. Nə qədər ki bu tendensiya davam edəcək, biz mənfi istiqamətdə gedəcəyik.
O zaman ki biz görəcəyik yoluxmanın pik həddinə çatdıq və artım olmur, bu zaman nəsə demək olar”.
İ.Məmmədov qeyd edib ki, insanlar qaydalara riayət edərsə, dinamika azalmağa başlaya bilər:
“Evdə qalmalı olanlar evdə qalarsa, zəruri halda küçəyə çıxarlarsa, bu zaman tez müddətdə koronavirusa yoluxma azalmağa doğru gedər. Ümid edirik ki, aprelin 20-dək qoyulan bu müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.