Rusiya COVID-19 virusu ilə bağlı tədqiqatların aparılması üçün Azərbaycana əlavə 50 test sistemi təhvil verib.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinə istinadə məlumat verir.
Məlumatda qeyd olunur ki, səhiyyə sahəsində Azərbaycanla sıx əməkdaşlığın davamı olaraq və koronavirusun yayılması ilə mübarizə məqsədi ilə Rusiyanın İstehlakçıların Hüquqlarını Müdafiə və Rifahı Sahəsində Nəzarət Federal Xidməti 50 min tədqiqatın keçirilməsi üçün Azərbaycana əlavə 50 test sistemi göndərib.
Beləliklə, bu il martın əvvəlindən etibarən Rusiya ödənişsiz əsasda Azərbaycana 12 min laborator diaqnostika tədqiqatları üçün nəzərdə tutulmuş 120 test sistemi yollayıb:
"Biz bundan sonra da ölkələrimizin əhalisinin sağlamlığı və rifahı üçün birgə səylərimizi davam etdirmək, regionda koronavirus pandemiyasının və onun fəsadlarının aradan qaldırılması üçün fəaliyyətimizi əlaqələndirmək niyyətindəyik".