Ermənistanda koronavirusa yoluxanların sayı gün ərzində 39 nəfər artaraq 571-ə çatıb.
Bu barədə Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb.
Qeyd edək ki, Ermənistanda martın 16-dan aprelin 14-dək koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunub.