“Koronavirusa görə zərər çəkmiş sahələr üzrə doqquz proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, dörd böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin “Hədəf” proqramında dilə gətirib.
Onun sözlərinə görə, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:
Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub.
Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50 faizinə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.