Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Dünyada sürətlə yayılmaqda olan yeni növ COVID-19 virusunun ölkəmiz üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən, gənclərin fərdi inkişafı üçün intellektual, əyləncəli və faydalı kontentin təqdim olunması tədbirlərini davam etdirir. 

Azərbaycan Respublikası Gənclər Fondunun aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əmək haqlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
2020-03-28 / 12:50
Facebook