Azərbaycanda bu deputatlar maaşlarının bir hissəsini koronavirusla mübarizəyə köçürəcək

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bütün üzvləri bir aylıq maaşlarının bir hissəsini Prezident cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyə qərar veriblər”.

Bunu sözügedən komitənin sədri Tahir Mirkişili deyib.

“Hər birimiz bu qlobal mübarizəyə dəstək verməliyik. Pandemiyaya biz güclü dövlətimiz, güclü iradəmiz və güclü həmrəyliyimiz nəticəsində qalib gələcəyik!”

Qeyd edək ki, deputatlar Tahir Mirkişili, Əli Məsimli, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, İmamverdi İsmayılov, Ziyad Səmədzadə və Ağalar Vəliyev bu komitənin üzvləridir.

2020-03-21 / 12:54
Facebook