UEFA avrokubokları təxirə saldı - RƏSMİ

 

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını təxirə salıb.

UEFA-nın rəsmi saytının məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün matçlar dayandırılıb.

Matçların yeni tarixi barədə növbəti günlərdə məlumat veriləcək.

Bundan əlavə, martın 20-nə nəzərdə tutulan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.
2020-03-13 / 14:31
Facebook