Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə yayılan videogörüntülərə münasibət bildirib.
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevə açıqlamasına bildirib ki, sosial şəbəkələrdə yayılan videoya baxış keçirilib:
“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda yol polisinin yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istədiyi əks olunub.