Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatları çatdırıb

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, dekabrın 21-dən etibarən Fondun əməkdaşları və «Regional İnkişaf» İctimai Birliyinin könüllüləri aztəminatlı ailələrə bayram sovqatları çatdırıb. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Bakıda və regionlarda ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu müxtəlif bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edərək, onlara sovqatlar çatdırır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

2019-12-27 / 16:11
Facebook