Almatı yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Gazeta.ru-nun məlumatına görə, bu barədə beynəlxalq hava limanının saytında xəbər verilib.
Bildirilib ki, “Bek Air” aviaşirkəti təyyarə qəzasının səbəbləri araşdırılana qədər fəaliyyətini dayandırıb.
Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin sərəncamı ilə Baş nazirin rəhbərliyi altında hökumət komissiyası yaradılıb.
Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb.
Qeyd edək ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.