Azərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu

 

 

Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Pauerliftinq üzrə dünya çempionumuz Rövşən Xəlilov bu dəfə də ümidləri doğruldub.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb.

Daha bir sevindirici məqam odur ki, həmyerlimiz üç dünya rekordunu qırıb. O, iki hərəkətdə (yerdən qaldırma – 287,5 kq və sinədən sıxma – 173 kq) və ümumi cəmdə (685,5 kq) dünya rekordunu yeniləyib.

Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.

2019-12-09 / 11:56
Facebook