Bu gün millət vəkili Aydın Mirzəzadə səhhətində ciddi problem olan İbrahimin arzusunu reallaşdırıb.
“Sizi tanıyaq” layihəsinin rəhbəri Vüsalə Qələndərli bildirib ki, layihənin aktiv iştirakçısı olan İbrahim Lətifovun qarmonu sıradan çıxıb. Ona yeni qarmon almaq imkanı olmayan ailə İbrahimin arzusunu millət vəkili Aydın Mirzəzadəyə çatdırıblar:
“Ailə ötən gün müraciət edib, bu gün isə millət vəkili ailəni Milli Məclisin binasına dəvət edərək, İbrahimə aldığı qarmonu onlara təqdim edib. İbrahimi təbrik edirik, millət vəkilinə isə təşəkkürümüzü bildiririk”.