Bu ilin yeni dərs ilindən başlanaraq İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin bütün orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.
Bu sözləri Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib. O bildirib ki, fars dili İranda milli birliyin simvolu və ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, İranın konstitusiyasında xalqlara ana dilində təhsil almaq hüququ da verilib. Vali deyib ki, Azərbaycan dilinin tədrisi bəzi neqativ söz-söhbətlərə də son qoyacaq.
M. Purməhəmmədi qeyd edib ki, tədris üçün dərs proqramı və dərsliklər artıq hazırlanaraq məktəblərə verilib.
Xatırladaq ki, İranda dərs ili sentyabrın 20 –də başlayır.