Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndində inşa olunan muzey tamamlanmaq üzrədir.
Verilən məlumata görə, bir mərtəbədən ibarət olan muzey sərgi zalından ibarət olacaq ki, burada Milli Qəhrəmana aid eksponatlar yer alacaq.
Muzeyə gələn ziyarətçilərin rahatlığının təmin olunmasından ötrü sərgi zalında isitmə və soyutma sistemləri quraşdırlıb. Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağında tikilən ev muzey yaxın vaxtlarda istifadəyə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: