Xorvatiyanın futbolçusu: Azərbaycanlı futbolçu bizə Messi kimi qol vurdu

 

 

Nə deyəcəyimi bilmirəm. Karyeram ərzində belə oyun keçirməmişdim. Bu, sadə oyun olmalı idi. Biz üç xal xazanmalı idik.

Bunu "Nova TV" kanalına açıqlamasında futbol üzrə Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç deyib.

Moskva ÇSKA-sının 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Azərbaycanla 1:1 oynadıqları görüş barədə fikirlərini bildirib. O qeyd edib ki, 72-ci dəqiqədə xorvatlara qol vuran Təmkin Xəlilzadə onların müdafiəsini Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi kimi aparıb: 

"Biz yaxşı başlayıb, sonradan mübarizəni dayandırdıq. Azərbaycan cinahlarda fəallaşdı. Ona görə də bizim çox şansımız olmadı. Bizə qol vuran oğlana yaxın deyildik, nəticədə, o, özünü Messi kimi apararaq bizə qol vurdu. Mənə danışmaq çətindir. Hamımız məyus olmuşuq. Digər oyunlarda qələbə qazanmaq vacibdir". 

O, oktyabrın 10-da doğulduğu Split şəhərində keçiriləcək macarlarla oyunda qələbə qazanmalı olduqlarını bildirib: 

"Bilmirəm, bəlkə də, ilk dəqiqələrdə qol vursaydım, başqa cür olardı. Bunu demək çətindir. Təəssüflər olsun ki, biz işimizi çətinləşdirdik. Ancaq hər şey bizim əlimizdədir. Bizə, sadəcə, növbəti matçlarımızı slovaklara qarşı oynadığımız kimi keçirməliyik.

Macarıstanla Splitdə keçirəcəyimiz oyun vacib olacaq. Ümid edirəm ki, möhtəşəm azarkeşlərimiz önündə "Polyud" stadionunda üç xalı qazanacağıq".

2019-09-10 / 14:01
Facebook