MDHİU-nun rektoru, həmvətənimiz Vaqif Bayramov “Görkəmli xidmətlərinə görə” medalı ilə təltif olunub

 

 

Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) rektoru, həmvətənimiz Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının medalı ilə təltif olunub.

Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən “Görkəmli xidmətlərinə görə” medalı ilə təltif olunub.

Mükafat sentyabrın 11-də Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin iclasında təqdim ediləcək.

Vaqif Bayramov Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor, sosiologiya elmləri doktoru, RF Federal Məclisi Federasiya Şurasının sədri yanında Əlilliyi olan şəxslərin işləri üzrə Şuranın üzvüdür.

V. Bayramov əməkdə qazandığı nailiyyətlərə və çoxillik vicdanlı işinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı ilə təltif olunub.

2019-09-04 / 16:03
Facebook