Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.
Rayonda A.Aqarunovun adına küçə də verilib.
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.
Bu il şəhidin 50 illik yubileyidir.