Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Monakoda keçirilən püşkatma mərasimində bəlli olub.
Ardıcıl 6-cı dəfə avrokubokların əsas mərhələsinə düşən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda A qrupunda mübarizə aparacaq. “Qarabağ”ın buradakı rəqibləri "Sevilya" (İspaniya), "Düdelanj" (Lüksemburq), həmçinin bu mövsüm Çempionlar Liqasında uduzduğu APOEL (Kipr ) klubları olacaq.
“Qarabağ” 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində də Avropa Liqasının qrupunda çıxış edib. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar Liqasında eyni uğura imza atıb. Əvvəlki 5 cəhdində qrupdan çıxa bilməyən Ağdam klubu Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirmək üçün ilk iki yerdən birini tutmalıdır.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə mübarizə aparacaq. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb, Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Burada Şimali İrlandiya “Linfild”i səfər qolu ilə yarışla vidalaşıb – 2:3, 2:1.