Lənkəranda baş verən avtobus qəzasının səbəbləri açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan "PAZ" markalı, 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.
Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı öldüyü müəyyən olunub.
Hadisənin baş vermə səbəbinə gəldikdə, Ağayev Ələmdar Şavəli oğlu ona məxsus "PAZ" markalı, 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.