Təhsil Nazirliyindən təhsil haqqı ilə bağlı - TAPŞIRIQ

 

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərlərinə yeni qəbul olunmuş tələbələrlə bağlı tapşırıq verib. 

Bununla bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib. 

Onun sözlərinə görə, nazirliyin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərləri ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmalıdırlar.

2019-08-14 / 17:53
Facebook