Külək 50 ağacı aşırdı, 14-nü isə kökündən çıxarıb

Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 50-dən çox ağacı aşırıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. 

O bildirib ki, güclü küləyin fəsadları daha çox paytaxtın Nəsimi, Yasamal və Nərimanov ərazilərində müşahidə olunub:

“Bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 50-dən çox ağac aşıb. Onlardan 14-ü kökündən çıxıb. 40-a yaxın isə budaq qırılmaları müşahidə edilib. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib”.

2019-08-06 / 11:09
Facebook