Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli yeddinci dəfə Avropa çempionu olub.
M7 kateqoriyasında, 90 kiloqram çəki dərəcində yarışan səkkizqat dünya çempionumuz İspaniyanın Las Palmas şəhərində keçirilən qitə birinciliyində hamıdan güclü olub.
60 yaşlı idmançımız Finlandiya, Almaniya və Xorvatiyadan olan rəqiblərini məğlub edərək yeddinci dəfə Avropanın güclüsü adını qazanıb.
Bundan başqa, veteran cüdoçularımızdan Müşfiq Cəfərov (M5, -66 kq) və Yaman Fətiyev (M5, -100 kq) gümüş medal qazanıb.
Qeyd edək ki, bu yarışa 13 kişi veteran cüdoçumuz qatılıb. Daha səkkiz cüdoçumuz – Rəsul Ağamirov (M4, -90 kq), Mahir Ağamirzəyev (M3, -90 kq), Azər Əsgərov (M5, -90 kq), Samir Fətəliyev (M3, -81 kq), Babək Hacıyev (M3, -60 kq), Mübariz Cəfərov (M4, -81 kq), Mehman Koroğluyev (M3, -60 kq) və Çingiz Orucov (M4, +100 kq) qızıl medal qazanmağa çalışacaq.
Yarışa iyulun 28-də yekun vurulacaq.