Abşeronda aşkar edilən istehlaka yararsız 108 min yumurta məhv edilib

 

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər zamanı Abşeron rayonunun Hökməli qəsəbəsində “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

Baxış keçirilərkən 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun istehlak üçün yararsız olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

2019-07-26 / 13:33
Facebook