EYOF-un ilk günü nələr gözlənilir? - 16 medalın taleyi bəlli olacaq

İyulun 21-dən Azərbaycan daha bir mötəbər yarışa – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Sabaha iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub. İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq.

Həmçinin güləşdə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq. Beləliklə, ilk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.

Bununla belə, sabah idmançılara medallar təqdim olunmayacaq. Belə ki, Təşkilat Komitəsi açılış mərasimindən əvvəl idmançılara medal verilməməsinə qərar verib. Bu üzdən qalib güləşçilərə medallar iyulun 21-i yox, 22-si veriləcək.

Tennis (fərdi oyunlar)

09:00 – 17:00

Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov

Güləş (ilkin mərhələ)

10:30 – 13:30

Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)

Güləş (Final mərhələsi)

16:00 – 17:30

Qeyd edək ki, sabah saat 20:00-da Bakı Kristal Zalında Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi baş tutacaq.

2019-07-20 / 14:44
Facebook