Albaniya təmsilçisi "Partizani" ilə oyunöncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Mütəxəssis bunları söyləyib: "Bizi çətin oyun gözləyir. Ötən ildə Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Bilirik ki, rəqibin yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar.
Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaqdı.
Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".
2019-07-10 / 11:27