Maurizio Sarri: Avropa Liqasının finalında qələbəyə layiq idik

 

 

Hesab edirəm ki, biz bu qələbəyə daha layiq idi. Yanvar-fevral aylarında baş verən problemlərdən sonra biz oyunumuzda dönüş yarada bildik. Premyer Liqada belə dönüşlər etmək o qədər də asan məsələ deyil. Biz Avropa Liqasında uğurlu mövsüm keçirdik. Ona görə bu qələbəyə daha yaxın və layiq idik.

Bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olan “Çelsi” komandasının baş məşqçisi Maurizio Sarri oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Bu, cari mövsümdə 64-cü oyunumuz idi, ona görə də yorğunluq hiss olunurdu. Lakin mən nəticə qazanmaq üçün futbolçulardan ikinci hissədə daha cəsarətli oynamağı xahiş etdim. Düşünürəm ki, biz yaxşı oynadıq və azarkeşlər üçün maraqlı futbol nümayiş etdirdik”.

“Çelsi” klubunu çalışdırmaqdan məmnunluğunu bildirən M.Sarri deyib: “İngiltərə Premyer Liqasının səviyyəsi çox yüksəkdir. Premyer Liqada uğurla çıxış edən bir klubun – “Çelsi”nin baş məşqçisi olduğum üçün çox xoşbəxtəm. Hesab edirəm ki, bu komanda daha böyük uğurlar qazanmağa qadirdir”.

Xatırladaq ki, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. Həmin vaxt “Çelsi” finalda “Benfika”nı 2:1 hesabı ilə məğlub edib.

2019-05-30 / 10:41
Facebook