DSX rəisi Ağstafada xidməti-döyüş fəaliyyətini yoxlayıb
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ağstafada hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, dünən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Xidmət rəisi, sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.