Təqaüdçülərin kürsü ehtirasları - Əli İnsanov özünü necə biabır edir?

 

 

Son bir neçə ayda üstlərindən torpaq tökülən bəzi keçmiş məmurlar ölkənin ictimai həyatında "xarizma”larını sərgiləmək üçün hərəkətə keçiblər. 76 yaşlı Rəhim Qazıyev, 73 yaşlı Əli İnsanov, 71 yaşlı İngəndər Həmidov və digərlərini örnək kimi göstərmək olar. Çin müdrikləri "qocalar ikiqat uşaqdırlar” deyərlərmiş. Psixofizikanın qanunlarına görə, hər bir insanın ahıllıq çağı onun dincəlmək və illərin yorğunluğunu unutmaq deməkdir. Tanınmış isveçrəli sosioloq alim Karl Yunq qocaların siyasi şıltaqlığı ilə bağlı araşdırmalarında qeyd edir ki: "Bu tip insanlar sosial baxımdan daim psixoloji sarsıntılar keçirirlər. Ona görə ki, erkən yaşlarında eqoizm, hər kəsdən üstün görünmək, qisasçılıq və ətrafındakıların ona biət etməsi kimi xəstəliklərin şüuraltı stressləri ilə yaşayıblar. Bu genetik baxımdan quldarlıq və ya feodalizmin irsi xəstəliyi deməkdir”.

XXI əsrdə "feodalizmi” gətirmək istəyənlər

Feodalizm təfəkkür tərzi XIX əsrin ortalarından tarixin səhnəsindən çıxsa da, zamanla bu ənənələri geri qayıtmaq xəstəliyi bəzi insanlarda genetik baxımdan təşəbbüsləri olur. Yaşadığımız XXI əsrin sosial fəlsəfəsinə qarşı çıxan və bəzən düşüncəsində XIX əsrə doğru geri dönüşü irəli sürənlərin davranışlarına rast gəlirik. Onlardan biri də keçmiş səhiyyə naziri, 73 yaşlı Əli İnsanovdur. Prezident İlham Əliyevin humanizm göstərərək həbsdə azad etməsinin ardından nümayiş etdirdiyi bir çox davranışları, KİV-lərə verdiyi müsahibələri və ictimai baxışlarında yer alan görüşləri bunu isbat edir.

Uzun illər yaşlı adamların psixologiyasını araşdırmış görkəmli polyak alimi Stepan Geruk qocalıqla bağlı bunları deyir: "Əgər yaşlı adam siyasi olimpə doğru iddialı fikirlər səsləndirirsə, deməli cismani deyil, psixi qocalıq əzablarına qatlaşmaq istəmir. Bu tip insanlar tək özlərinə deyil, ətrafına və hətta cəmiyyətə əzab verməkdən zövq alırlar”.
Əli İnsanovun bu il may ayının 2-də "Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə 34 dəfə "MƏN” deməkdən çəkinməyib. İfrat dərəcədə diktatorluq edən, özlərini dünyanın ağası sayan krallar balaca bir müsahibədə bu qədər "MƏN” demirlər. Psixoloq alimlərin gəldiyi qənaət ondan ibarətdir ki, daxili eqosunu, xudpəsənliyini irəli sürənlərdə şüuraltı psixoloji problemlər olur.

73 yaşlı Əli İnsanov bu müsahibəsində hətta siyasi partiya yaratmaq barəsində iddiasını irəli sürür. Azərbaycanın diktatura qanunları ilə idarə olunduğu fikrini irəli sürür. Halbuki, ölkənin paytaxtı Bakıda yaşa-yaşaya öz fikirlərini sərbəst şəkildə ifadə edir və xarici ölkə KİV-lərinə geniş müsahibələr verir. O zaman belə bir sual ayaranır: "Əli İnsanov sənin iddialarından fərqli olaraq, fiikir və görüşlərinə görə diktator rejimlərində olduğu kimi niyə həbs etmirlər?”

Görkəmli dövlət başçısı Heydər Əliyev də, prezident İlham Əliyev də bir çox kadrlara çox yüksək mənada etimad göstərərək onları dövlətin ali vəzifələrinə irəli çəkib. Bir şərtlə ki, dövlətə və xalqa xidmət etsinlər. Həmin şəxslər onlara göstərilən bu etimadı doğrultmadıqları üçün indi heç bir vəzifə daşımırlar. Zaman-zaman feodal düşüncələri ilə ölkəni kimlərin bataqlığa sürükləmək istədiklərini hər kəs çox yaxşı bilir. Vaxtilə Rəsul Quliyev və onun çevrəsi, Əli İnsanov və onun qruplaşması, digər nazirlərin uğursuz aqibəti göz önündədir. Azərbaycanı orta əsrlərin feodalizminin bataqlığına sürükləmək istəyənləri bir yandan ölkə prezidentləri Heydər Əliyev və sonradan İlham Əliyev, digər yandan isə, xalq tarixin zibilliyində gömüblər.

73 yaşlı Əli İnsanov demokratiyadan dəm vursa da, bunun mahiyyətini anlamır

Əli İnsanov ixtisasca həkimdir. Uzun illər baş həkim, səhiyyə naziri işləmiş, Milli Məclisin deputatı olmuş, hətta akademik elmi dərəcəsinə qədər yüksəlmişdi. Onun Azərbaycan siyasəti və elminin ən yüksək olimpində yer aldığı illər Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətləri zamanına təsadüf edir. 2005-ci ildə həbs olunmasının əsil səbəbi isə, ölkə prezidentinin etimadından sui-istifadə edərək külli miqdarda dövlətin malını mənimsəməkdə təqsirli bilinməsidir. Məhkəmə prosesində isə, əlahəzrət faktların qarşısında Əli İnsanov "susmaq qızıldır” prinsipinə söykənib. Nazir işlədiyi vaxt Azərbaycanda elə bir poliklinika və ya xəstəxana yox idi ki, baş həkimlər və adi həkimlər rüşvətlə işə götürülməsinlər. Beynəlxalq səviyyədə Azərbaycana gətirilən humanitar yardımları bazarlara yönəldilməsinə rəhbərlik edənlərdən biri də Əli İnsanov idi.

Halbuki onun nazir olduğu ərəfədə Dağlıq Qarabağ və ətraf rayonlarından bir milyondan çox vətəndaşımız Ermənistanın apardığı ekspansiya siyasətinin nəticəsində məcburi köçkün və qaçqınlara humanitar yardımlar göndərilirdi. Yüzminlərlə insanın dərmana və digər zəruri ehtiyaclarına göz yumanlardan biri də elə Əli İnsanov idi. Məcburi köçkünlərə və qaçqınlara verilməli olan dərmanlar "topdansatış” bazarlarına ötürülürdü. İndi belə bir təfəkkürlə "demokratiya” dərsi vermək kimi cəhdlərdə bulunur.

Əli İnsanovun "Amerikanın Səsi”nə verdiyi müsahibəsində o 1940-1990-cı illərin tarixi hadisələrinə ekskurs etməyi də unutmur. Halbuki bizlər XXI əsrdə yaşayırıq. Yeni əsrin siyasi, ictimai və sosial şərtləri tamamilə fərqli məcrada inkişaf edir. Buna yeni dünya nizamı deyilir. Keçmişdə "məmur oliqarxiya” təfəkkürü ilə fikir söyləmək və bu yöndə amiranə tərzdə davranış nümayiş etdirmək vərdişini Əli İnsanov tərgitməyib. Qrammatik qanunların şahı olan orfoepik qaydalar, fikrini xarakterik xüsusiyyətlərinə görə ifadə etmək istənilən insanın bütün özəlliklərini ortaya qoyur. Əli İnsanovun bu müsahibəsi demək olar ki, orfoepik qaydalar çərçivəsində yer alan feodalizm və məmur oliqarxiya təfəkkür tərzinin dəyişmədiyini isbat edən faktorlardan biridir. Belə şəxslər heç zaman demokrat ola bilməzlər.

Ermənilərə Əli İnsanov nədən "ağ əlcək” atır?

Əli İnsanov "çayxana aşıqları” kimi sazı əlinə götürüb gah demokratiyadan, gah da Qərb dəyərlərindən dəm vurur. Bütün bunlar azmış kimi, işğalçı Ermənistanın müdafiəsinə də qalxıb. Ermənilərin Azərbaycan xalqına məxsus tarixi ərazilərini tarix boyu addım-addım işğalına da dolayı yolla bəraət qazandırır. "Amerikanın Səsi”nə müsahibəsində bunları etiraf edir: "Azərbaycanda gözəl şərait olsa ermənilər başımızın üzərindən dünyaya niyə səpələnsinlər? Hədə-qorxu ritorikasını qurtarmaq lazımdır”. Əcəb məntiqdir. Əli İnsanov özünü elmlər doktoru və akademik sayırsa, vay o elmin halına. Bu ağılla "ağsaqqal” və "siyasi hakimiyətə iddialı” özünü nümayiş etdirirsə, Azərbaycan onun zəkası ilə heç bir zaman işğal olunmuş ərazilərini əldə edə bilməyəcək. O, dayaz fikirlərində irəli gedərək deyir: "Beynəlxalq qurumlar Qarabağ məsələsinin həll olunmasında Azərbaycana inanmırlar”. Əli İnsanov belə bir açıqlama ilə, guya hakimiyyəti tənqid edir. Əslində nə qədər dayaz düşüncəli birisi olduğunu da ortaya qoyur.

Belə ki, Əli İnsanov doğulub boya- başa çatdığı Dağ Borçalının dərdini çəksəydi, bəlkə də ədalətli bir insan olduğuna hər kəs inanardı. Halbuki, onun dünyaya göz açdığı Ləmbəli kəndində indi ermənilər istədikləri kimi at oynadırlar. Görəsən əcdadlarının uyuduğu Ləmbəli kəndindəki yaxın və doğmalarının məzarının sızıltısı, ah-naləsi Əli İnsanovun ruhuna və vicdanına təsir edirmi? BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütovlüyünü tanımaq barəsində beynəlxalq hüquqi sənədlərə imza atıblar. Əli İnsanovun müsahibəsindən belə çıxır ki, bütün bunlardan yerli-dibli xəbəri yoxdur. Azərbaycan iqtidarı düz 26 ildir bu davanı aparır. İşğal altında olan ərazilərimizi geri qaytarmaq üçün mücadilə aparır. Əli İnsanov isə, ermənilərə təəssübkeşlik edərək onlara dolayı yolla haqq qazandırır. Azından onun ixtiyarı yoxdur ki, belə bir fikri ortaya atsın. Əli İnsanov bir fərd kimi dədə-babasının torpaqlarını və əcdadlarının məzarlarını unuda bilər. Ancaq, ermənilərin işğalçılıq siyasətinə bəraət vermək onun azərbaycanlı olmasına şübhə oyandırır.

Dilemmalı qocalığın korşalmış qafası

Görkəmli rus psixoloqu Boris Ananyev tədqiqatlarının birində deyir ki: "İnsan həyatının ən təzadlı paradoksu ondan ibarətdir ki, fizki ölümdən öncə ruhən qocalaraq ölümüdür. Bu tip insanları əsla siyasi və ictimai proseslərə yaxın buraxmaq olmaz. Onlar mümkün qədər cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamalıdırlar”. Əli İnsanovun ağla gəlməyən məntiqi əslində hansı şüuraltı psixoloji prosesləri yaşadığınını göstərir. Özünə tərəfdar toplamaq üçün, xarici dövlətlərin projesi olan və antidövlət siyasəti yürüdən "Milli Şura”ya dəstək verməsi də siyasi zəkasının aynasıdır.

Əli İnsanovun müsahibəsindən irəli gələn təzadlı fikirlərinin həddi-hüdudu yoxdur. O, bir yandan görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyevin alovlu tərəfdarı kimi, digər yandan isə, müxalifətin nümayəndəsi olduğunu izhar edir. 2005-ci ildə korrupsiya əməllərinə görə həbsini əsla bağışlamadığını bildirirərək, qisasçılıq və intiqam hissələri yaşadığını dolayı yolla ifadə edir. Pozitiv fikir və ifadələrin heç birinə müsahibəsində rast gəlinmir. Çünki, 14 illik məhbus həyatı və daha öncələr əldə etdiyi psixoloji qavram onun həyat kredosudur. Sanki "kibir abidəsi”nin tablosudur. Bu qədər öfkə, küdurət, eqoizm və digər yalnış özəlliklər Əli İnsanovun xarakterik özəlliklərinin nişanəsidir. Ona görə də orta əsrlərin gerizəkalı feoalları kimi düşünür və fikirlərini açıqlayır.

 

2019-05-03 / 18:34
Facebook