Zakir Həsənov Ərdoğanla birlikdə sərgi açılışında

 

 

Bu gün İstanbul şəhərində keçirilən “İDEF-2019” sərgisinin açılışı olub.

Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəsmilər iştirak ediblər. 

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Türkiyədə iki ildə bir təşkil edilən və bölgənin ən əhəmiyyətli tədbirlərdən olan IDEF-2019 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi bu gün aprelin 30-da İstanbulda öz işinə başlayıb. Sərginin ictimai və müdafiə sektorunun əsas oyunçularını bir araya gətirəcəyi gözlənilir. 

IDEF-2019 Sərgisinin ilk günü, yəni bu gün 30 apreldə yalnız protokola, dəvət edilən və iştirak edən şirkətlərə açıq olacaq. Ziyarətçilər sərgiyə 2019-cu ilin 1-3 may tarixləri arasında qəbul ediləcək. 

Sərginin 2-ci, 3-cü və 4-cü günü sərgi sahəsi daxilində təsis ediləcək Təchizatçılar Bölgəsində, böyük iştirakçı firmaların Təchizat/Satınalma/ARGE şöbələrinin səlahiyyətliləri ilə kiçik istehsalçılar bir araya gətirilərək aralarındakı iş imkanlarının inkişaf etdirilməsinə dair müzakirələr təmin ediləcək. Sərginin 4-cü günü iştirakçı firmaların İnsan Resursları və Təhsil şöbələri Akademiya, Universitet tələbə və məzunlarının hazırda müdafiə sənayesi sektorunda çalışmaqda olan və ya təqaüddə olan insanlarla təmas qurmasını təmin etmək məqsədilə "Karyera Günü" təşkil ediləcək.

Sərginin 2-ci, 3-cü və 4-cü günü "Türkiyədə Yerli və Milli fəaliyyət ilə İxracatın artırılmasına istiqamətli tədbirlər" və "Gələcək Texnologiyalarının Döyüş Sahəsində İstifadə Sferaları" mövzularında seminar və ya panellər təşkil ediləcək.

Sərgidə əsasən quru, dəniz, aerokosmik, nəqliyyat, rabitə və çatdırılma, arxa cəbhə təminatı vasitə və avadanlıqlarının nümayişi nəzərdə tutulur. 

Son dəfə keçirilən IDEF-2018 sərgisini 50 ölkədən 820 şirkət, dünyanın 67 ölkəsindən və 2 beynəlxalq təşkilatdan 133 nümayəndə heyəti, həmçinin 116 ölkədən 65782 nəfər yerli və xarici mütəxəssis ziyarət edib. Sərgidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 26 nazir, 6 Baş Qərargah rəisi, 17 nazir müavini, 5 Baş Qərargah rəisinin müavini, Silahlı Qüvvələrin 10 Komandanı və çox sayda dövlət satınalma orqanının nümayəndəsi iştirak etdi. Sərgi zamanı 2240 planlaşdırılan görüş və 50 imza mərasimi keçirildi.

IDEF-2019-da Azərbaycanı MSN təmsil edəcək. Sərgidə müxtəlif təyinatlı zirehli vasitələr, PUA-lar, tank, aviasiya və artilleriya sursatları, atıcı silahlar və onların mərmiləri nümayiş etdiriləcək. Bu sərgidə Azərbaycan mühəndisləri ilk dəfə olaraq 30 mm avtomatik qumbaratanın yeni modelini ilk dəfə ölkədən kənarda nümayiş etdirəcək. 

2019-04-30 / 16:20
Facebook