Türkiyənin Bakıdakı səfirindən ermənilərə çağırış

 


"Qondarma "erməni soyqırımı" məsələsinin araşdırılması üçün Ermənistanla ortaq komissiya yaradılması təklifimiz hələ də qüvvədədir"

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, artıq həqiqətlərin yerini tutmasının zamanı gəlib çatıb: 

"Türk millətinin tarixində utanılacaq bir hadisə olmayıb. Bunu bütün dünya bilir. Bizə qarşı edilən haqsızlıq tarixə edilən haqsızlıqdır". 

E.Özoral qeyd edib ki, Azərbaycan və Türkiyə tarixçiləri birgə işləyərək erməni yalanlarını üzə çıxarırlar: "Qafqaz islam ordusunun Azərbaycana gəlməsi təsadüfi deyildi. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların qarşısını almaq üçün gəlmişdi. Bunun hesabını ödəməyən insanlar isə Ermənistanda qəhrəman elan edilir. Bəs ermənilər Azərbaycanılara qarşı etdikləri soyqırımları necə izah edəcəklər?" 

Səfir vurğulayıb ki, bir sıra ölkələrin parlamentlərində qəbul olunan "soyqırım" qərarları haqsızlıq, ədalətsizlikdir: "Parlamentlərin bu məsələdə qərar verməsi doğru deyil. Biz arxivlərimizi açırıq. Daşnak partiyasının arxivləri isə hələ də bağlıdır. Bu barədə kimsə bilmir. Bunu etmək lazımdır ki, həqiqət üzə çıxsın. Erməniləri haqq yoluna dönməyə və yalandan uzaq durmağa çağırıram. 34 türk diplomat ASALA tərəfindən şəhid edilib. Qarabağda, Xocalıda qətliam törədənlər cəzalarımı almalıdır ki, ədalət öz yerinu tutsun".

2019-04-24 / 15:25
Facebook