Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanov 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. 2016-cı ilin 19 aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.