Sərhədçilər qaçaqmalçılara xəbərdarlıq atəşi açdı - FOTO

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsin­də İran İslam Respublikasından Azərbaycana doğru hərəkət edən iki nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. 

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürül­üb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2019-04-17 / 16:11
Facebook