“Ermənilərin yaratdığı mifi dörd dəqiqəyə darmadağın etdik...” -Aprel döyüşlərinin qrup komandiri...

 
 
“Aprel döyüşlərində məlum oldu ki, bu günə qədər ermənilərin dediklərinin hamısı cəfəngiyyatdır”
 
Bunu açıqlamasında aprel döyüşlərinin qrup komandiri, kapitan Əliağa Zeynalov deyib. Ə.Zeynalov bildirib ki, ermənilərin neçə ildən bəri boğazdan yuxarı çıxışları, yaratdığı miflər bir günün içində məhv edildi:
 
“Dünən Talış kəndi istiqamətindəki ərazilərimizə baş çəkdik. Ordumuz tərəfindən işğaldan azad edilən yüksəkliklərdə olduq. Tapqaraqoyunluda insanlarımızın çox təhlükəsiz şəraitdə yaşadıqlarının şahidi olduq. Bir vaxt həmin ərazilərdə səngərdə gəzirdik, amma indi çox rahat əhalimiz orda yaşayır. Düşmən əhalisi Talış kəndində bizim bölmələrlə üzbəüz olan məsafələrdən köçərək dağın o biri tərəfinə keçib. Hazırda yüksəkliklərdə bizim ordumuzdur. Erməni ordusu isə enişdə yerləşir. Bu, isə düşməni müşahidə etməyə daha yaxşı imkan yaradır. Özünüz də şahidi oldunuz ki, aprel döyüşlərindən sonra  gənclərimizdə döyüş ruhu çox yüksək səviyyədədir. 
 
Ermənilərin yaratdığı bir mif və keçilməz dedikləri Ohanyan xətti vardı. Boğazdan yuxarı çıxışlar edib deyirdilər ki, istədiyimiz vaxt Bakıya gəlib çıxarıq. Amma 2016-cı il aprel döyüşləri göstərdi ki, ermənilər bizim ordunun qarşısında tab gətirə bilməz. Onların qarşımızda qaçdıqlarının şahidi olduq. Bizim güclü ordumuzun qarşısında onlar yazıq vəziyyətinə düşdülər. Hansı ki, aprel döyüşlərində dörd dəqiqəyə erməni postunu geri aldıq. Amma özüm də kontuziya aldım. Hazırda ordudan tərxis olunmağıma baxmayaraq, döyüşlər başlayarsa, yenidən ordu sıralarında torpaqlarımızın müdafiəsi üçün döyüşməyə hazıram”. 
2019-04-08 / 13:52
Facebook