Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində işə qəbul olunub.
Bunu şəhid övladlarına dövlət qayğısı, diqqət kimi dəyərləndirən Orucovlar ailəsi Mehriban Əliyeva minnətdarlıq ediblər.
Ailədən bildiriblər ki, Mehriban xanım hər zaman şəhid ailələrinin yanında olub, onlara qayğı göstərib.
Qeyd edk ki, bu il fevralın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi Gənclər gününə həsr olunmuş ümumrespublika toplantısında çıxış edən bir neçə aktiv tələbədən biri Aqşin Oruclu olub. Həmin görüşdə Aqşin Oruclu Qarabağ döyüşçüləri və qazilərinin, şəhidlərin təbliği işinə qoşulduqlarını bildirərək, bu məqsədlə 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların ailə üzvlərinin birləşərək ictimai birlik yaratdıqlarını vurğulamışdı. Bir gənc kimi, layiqli vətəndaş olmaq üçün ADA Universitetində təhsil aldığını qeyd edərək, atasının yolunu davam etdirəcəyini bildirmişdi.