Azərbaycanlı Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini təyin olunub.
F.Sadıqov, maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib.
Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.
Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.