“Regional İnkişaf” İB sahibkarlar və beynəlxalq təşkilatları zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə əməkdaşlığa dəvət edir

 

 

Fevralın 5-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ nəticəsində onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, müxtəlif obyektlərə ciddi ziyan dəymişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi və sərəncamı ilə zəlzələnin fəsadlarının, o cümlədən fərdi yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatı olaraq “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri də ilk gündən hadisə yerində əhaliyə yaxından köməklik göstərib.

RİİB-dən Trend-ə verilən məlumata görə, hazırda zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına köməklik məqsədilə “Regional İnkişaf” İctimai Birliyi sahibkarlıq subyektlərini, beynəlxalq və donor təşkilatları, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərini də əməkdaşlığa dəvət edir. Bu məqsədlə “Regional İnkişaf” İctimai Birliyinin xüsusi bank hesabı açılıb.

BANKIN REKVİZİTLƏRİ

REGİONAL İNKİŞAF İB

Ünvan: AVE. NOBEL 15 BLOCK 1212 KHATAI BAKU AZERBAIJAN

VÖEN: 2003724231

Valyuta : AZN

Hesab nömrəsi : AZ55PAHA40090AZNHC0200021511

İdentifikasiya nömrəsi : 00021511

PAŞA Bank Açıq Səhmdar Cəmiyyəti

Bakı şəhəri, (AZ 1005), Yusif Məmmədəliyev küçəsi, 13

Tel.: (+994 12) 496 50 00

Faks: (+994 12) 496 50 10

Kod: 505141

VÖEN: 1700767721

S.W.I.F.T BİK: PAHAAZ22

Muxbir hesab: AZ82NABZ01350100000000071944

2019-03-30 / 14:17
Facebook