Bu barədə "GlobalFirepower" təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.
Bu il də ölkəmiz irəliləyiş əldə edən ölkələr sırasındadır. Təşkilatın 2019-cu il üzrə siyahısına əsasən Azərbaycan Ordusu bir pillə də irəliləyərək gücünə görə 52-ci yeri tutub.
Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cı yerdədir.
Qeyd edək ki, Siyahı hazırlanarkən silahların təkcə sayı deyil, eyni zamanda silahlanmanın diversifikasıyası da nəzərə alınıb. Əsas indikatorlardan biri olaraq hərbiyə yararlı insan sayı da nəzərə alınıb.