"Diqlas" ticarət mərkəzinin sahibkarları ilə hökumət nümayəndələri arasında görüş başlayıb

 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən və yanğın nəticəsində zərər çəkmiş sahibkarlar arasında görüş keçirilir.

Verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və nazirliyin müvafiq şöbələrinin müdirləri, həmçinin KOBİA-nın rəsmi nümayəndələri iştirak edirlər.

Hər sahibkar fərdi qaydada qəbul edilir. 3 gün davam edəcək görüşlər çərçivəsində 400 sahibkarın qəbul ediləcəyi gözlənilir

2019-03-29 / 11:22
Facebook