Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü turunun oyunlarına yekun vurulub.
Üçüncü turda Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda “Atletiko Madrid”i qəbul edib və oyunda hesab açılmayıb.
Hesabında 1 xal olan “Qarabağ”, “Maribor”, “Monako” və “Borussiya Dortmund” turnir cədvəlində 25-28-ci yerləri bölüşürlər.
Komandamız “Benfika”, “Anderlext”, “Olimpiakos” və “Feyenoord”u qabaqlayır. Belə ki, bu komandalar hər üç oyunda meydandan məğlub ayrılıblar.
Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 31-də səfərdə “Atletiko Madrid”ə qarşı keçirəcək.