Bakıda voleybol üzrə Avropa çempionatında ilk yarımfinalçılar müəyyənləşir

voleybol_national_team_trend_22092017_(40)

Bakıda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatında bütün 1/4 finalçılar məlumdur.

Trend-in məlumatına görə, ötən gün Polşanı 3:1 hesabı ilə məğlub edən Türkiyə və Bolqarıstanı çətinliklə yenən (3:2) Almaniya adını 1/4 finala yazdıran son iki komanda olub.

Bu gün isə ilk yarımfinalçılar məlum olacaq. Belə ki, 1/4 final mərhələsində İtaliya Niderlandla, Serbiya isə Belarusla qarşılaşacaq. Hər iki oyun Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.

Növbəti iki qarşılaşma isə sentyabrın 29-da baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilib.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

2017-09-28 / 11:27
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.981
Facebook