Gənc şahmatçılarımız Avropa çempionatında 5 medal qazandılar

15054495483506617508_1000x669

Rumıniyada yeniyetmələrin və gənclərin Avropa çempionatı Azərbaycanın gənc şahmatçılarının parlaq qələbəsilə başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından bildirilib ki, təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 12 yaşlı oğlanlar arasında Aydın Süleymanlı və 14 yaşlı şahmatçı qızların turnirində Gövhər Beydullayeva qızıl medal qazanıblar. 10 yaslı qızlar arasında Səmra Qasımova və 10 yaşlı oğlanlar arasında Read Səmədov gümüş, 12 yaşlı qızlar arasında Ayan Allahverdiyeva bürünc medala layiq görülüblər.

Daha bir qələbə isə komanda hesabında qazanılıb. Avropanın 49 ölkəsi arasında yalnız Rusiyadan geri qalan komandamız 2-ci olub.

2017-09-15 / 08:50
Facebook