Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırıb

1503572571838049536_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Sərəncam imzalayıb.

Sərəncamda “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.

2017-08-24 / 16:30
Facebook