Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, buna səbəb Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsinin baş verməsidir. Belə ki, metronun “Koroğlu” stansiyası istiqamətində əsas yolda “Prado” markalı nəqliyyat vasitəsi aşıb. Hazırda prospektin həmin hissəsində sıxlıq var.