“Ekol Mühəndislik Xidmətləri”nin elektromexanika sexi müxtəlif təyinatlı qurğuları təmir edib

150295226922129702_1000x669

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin elektromexanika sexi tərəfindən bu ilin ikinci rübündə müxtəlif təyinatlı qurğular təmir olunub.

QSC-dən bildirilib ki, elektromexanika sexi (Heydər Əliyev adına neft emalı zavodunun – NEZ 9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində, mütəmadi olaraq zəruri işlər görür. Cari ilin ikinci rübündə elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin (TED) 3-cü, 4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) yüksək səviyyədə təmir bərpa işləri yerinə yetirilib. Belə ki, TED-in 5-ci sahəsində, “Alfa-Laval” şirkətinin dekanter və “FOX-15” separator qurğularının fasiləsiz işləməsi üçün vaxtaşırı təmir, təftiş işləri aparılıb.

Rüb ərzində TED-in 6-cı sahəsində “Pieralisi” şirkətinin trikanter qurğusunda su nasosunun yeri dəyişdirilib, qəbul və çıxış metal xətləri yenidən hazırlanaraq istifadəyə verilib, “FASET” qurğusunun 800 millimetr çıxış xəttinin siyirtməsi dəyişdirilib. Elektromexanika sexinin işçiləri tərəfindən 2 saylı flotator qurğusunda əsaslı təmir işləri aparılıb, 1 və 2 saylı 500D2A tipli nasoslar təmir olunub, 6 saylı “Xeyvard Teylor” 160 kilovolt elektrik mühərriki yeni sarğı ilə əvəz olunaraq istismara verilib.

Heydər Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisində yerləşən mərkəzləşdirilmiş isitmə və soyutma sisteminin sıradan çıxmış metal boruları yeni plastik borularla əvəz olunması zamanı söküntü və təmir işləri görülüb. “Çiller” qurğusunun yerləşdiyi dam örtüyü təmir olunub, yarım örtüklər və paylayıcı qurğuların fasiləsiz işləməsi üçün vaxtaşırı təftiş işləri aparılıb.

2017-08-17 / 12:00
Facebook