Biləsuvarın taxıl sahələrinin hər hektarından 27,1 sentner məhsul götürülür

14996677791116925525_1000x669

Biləsuvarın fərdi fermer təsərrüfatlarında arpa biçini başa çatıb.

AZƏRTAC xəbər verir ki, aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən biləsuvarlı əkinçilər ötən ilin payızında cari ilin məhsulu üçün 21 min 19 hektar sahədə taxıl əkiblər. Bunun da 9 min 161 hektarını arpa, 11 min 858 hektarını isə buğda sahələri təşkil edir. Biçin kompaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa yığımını başa çatdırıb.

Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsulu yığılan 9 min 116 hektar arpa sahəsindən 23 min 401 ton məhsul götürülüb.

Hazırda buğda sahələrinin məhsulu yığılır. Biçin aparılmış 11 min 382 hektar buğda sahəsindən 30 min 885 ton məhsul əldə olunub. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 27,1 sentnerə çatır.

Qeyd edək ki, ötən il biləsuvarlı fermerlər 24 min 847 hektar taxıl sahəsindən 79 min 775 ton məhsul götürüblər.

2017-07-10 / 11:31
Facebook