Auditorlar Palatası ilə Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

1499069672241042100_1000x669

Azərbaycan Respublikasının Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Auditorlar Palatasının sədri Vahid Novruzov və Latviya Mühasiblər Assosiasiyasının sədri Andrejs Ponomarjovs imzalayıblar.

Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, imzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq. Auditorlar Palatası 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq edir. Bu siyahıya Latviya Mühasiblər Assosiasiyası da daxil oldu. Yeni tərəfdaşımız olan Latviya Mühasiblər Assosiasiyası zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. Assosiasiyanın Latviyada mühasibatlıq və audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Latviya Mühasiblər Assosiasiyasının sədri Andrejs Ponomarjovs mühasibatlığın vacib sahələrdən biri olduğunu söyləyərək qeyd edib ki, bu gün mühasibatlıq sahəsi üzrə Avropada geniş islahatlar aparılıb və bu sahə demək olar ki, yenidən tənzimlənib. Azərbaycan Auditorlar Palatası ilə Latviya Mühasiblər Assosiasiyası arasında əməkdaşlıq gələcəkdə ənənəyə çevriləcək.

Tədbirdə Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb.

Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilib.

2017-07-03 / 14:29
Facebook