İyunun 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014540 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildiriblər ki, hərrac zamanı 11 investor tərəfindən 21 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,878,900.00 manat təşkil edib.
Sifarişlər 85.6475 manat (16.8499 faiz) və 89.3382 manat (11.9999 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.7784 manat (13.9999 faiz), orta ölçülmüş qiyməti 88.236 manat (13.4058 faiz) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 21-də həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15,000,000.00 manat təşkil edib. İstiqrazlar 2018-ci il iyunun 19-da ödəniləcək.