Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar iyunun 19-26-da bir sıra küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə “sarı döyünən işıq” və “işıqforun söndürülməsi” siqnal əmri tətbiq edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, “işıqforun söndürülməsi” siqnal əmri tətbiq edilən yol kəsişmələrinə Azərbaycan prospekti - Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti, Bülbül prospekti - Neftçilər prospekti, Üzeyir Hacıbəyli küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi, Üzeyir Hacıbəyli küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyli küçəsi, Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi daxildir. Həmçinin Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva prospekti, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi, Azadlıq prospekti - Xəqani küçəsi, Puşkin küçəsi - Xəqani küçəsi, Puşkin küçəsi - Nizami küçəsinin kəsişməsində “işıqforun söndürülməsi” siqnal əmri tətbiq ediləcək.
M.Ağayev qeyd edib ki, “Sarı döyünən işıq” siqnal əmri isə Üzeyir Hacıbəyli küçəsi – Kövkəb Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami küçəsi, Bülbül prospekti - 28 May küçəsi, 28 May küçəsi - Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi – Kövkəb Səfərəliyeva küçəsi, 28 May küçəsi - Rixard Zorge küçəsi, Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyli küçəsi, Bünyad Sərdarov küçəsi - Səid Rüstəmov küçəsində tətbiq olunacaq