İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətləri, ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcək.
Komitədən bildirilib ki, tədbir çərçivəsində ƏMDK-nın sədri Kərəm Həsənov və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair Memorandum imzalayacaqlar.
Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçiriləcək tədbirdə daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla bağlı infotur da təqdim ediləcək.