Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə - "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
O bildirib ki, Aİ-nın dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq. Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək
A.Əliyev qeyd edib ki, Azərbaycan tərəfdə görüləcək işlər böyükhəcmli olduğu üçün kifayət qədər vəsait tələb olunur. Azərbaycan Aİ-nin maliyyə yardımı ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək. Bunun üçün müəyyən işlərin görülməsinə başlanılıb.